İsrailin hərbi aviasiyası tərəfindən Suriyanın Palmira şəhərini bombalaması 71 insanın ölümü ilə nəticələndi
İsrailin hərbi aviasiyası tərəfindən Suriyanın Palmira şəhərini bombalaması 71 insanın ölümü ilə nəticələndi, 50-dən çox şəxs yaralandı. Bu barədə yerli media məlumat yayır.
Medianın məlumatına əsasən, ehtimal ki, qurbanların sayı artacaq. Palmira şəhəri ilə yanaşı, həmçinin onun ətrafı da İsrailin bombardmanının hədəfinə çevrilib. Ölənlər arasında İranyönlü Suriya qruplaşmalarının 45 üzvü, həmçinin əksəriyyəti İraqın “ƏL-Nücəbə” hərəkatının üzvləri olan 26 əcnəbi döyüşçü, həmçinin “Hizbullah”ın 4 üzvü var.
Hücumların hədəfinə şəhərin üç yeri, o cümlədən İranyönlü qrupların “Əl-Nücəba” və “Hizbullah” liderləri ilə görüşünün keçirildiyi yerlərdən biri çevrildi.