İsrailin hərbi aviasiyası tərəfindən Beyrutun bombalanması nəticəsində 6 nəfər həyatını itirib
İsrailin hərbi aviasiyası tərəfindən Livanın paytaxtı Beyrutun bombalanması nəticəsində 6 nəfər həyatını itirib – bu haqda məlumatı Livan mediası ölkənin Səhiyyə Nazirliyinə istinadən yayır.
Livanın paytaxtının cənub rayonlarının bombalanması nəticəsində 15 nəfər yaralanıb.
İsrail qüvvələrində bombardmanın hədəfinin “Hizbullah”ın raket bölməsinin komandiri olduğunu deyirlər.
Eyni zamanda, “Reuters” yazır ki, Beyrutun bombalanması nəticəsində “Hizbullah”ın komandirlərindən olan İbrahim Kubaisi öldürülüb.
İsrail Ordusunun Baş Qərargah rəisi Herts Halevinin bəyanatına əsasən, “Hizbullah”ın istirahət imkanı olmayacaq və İsrail hücum əməliyyatlarını davam etdirəcək.