İsrailin hərbi aviasiyası Livanın paytaxtını bombalayıb
İsrailin hərbi aviasiyası Livanın paytaxtı Beyrutu bombalayıb.
Yayılmış məlumata əsasən, Beyrutun cənub rayonları İsrailin hərbi təyyarələrinin hədəfinə çevrilib.
Partlayışlar “Hizbullah”ın güclü mövqelərə malik olduğu Dahie rayonunda baş verib.
İsrailin Müdafiə Qüvvələrində hədəfin “Hizbullah”ın Hərbi Hava Qüvvələrinin komandiri olduğu məqsədyönlü zərbələr endirildiyini bildirirlər.
Livan mediasının məlumatına əsasən, İsrail ölkənin cənub rayonlarını bombalamağa davam edir. Tviros vilayətinin bombalanması nəticəsində 3 nəfər həyatını itirb, 10 nəfər isə yaralanıb.
İsrailin bombardmanları səbəbindən 22 000-dən çox insan Livandan Suriyaya keçib.
İsrailin hərbi təyyarələri Livan-Suriya sərhəd-keçid məntəqəsini bombalayıb, İsrail “Hizbullah”ın ondan silah idxalı üçün istifadə etdiyini deyir.