İsrailin hava hücumu nəticəsində Qəzza şəhərində fəaliyyət göstərən sonuncu xəstəxananın bir hissəsi məhv edilib

18:46, 13.04.2025

İsrailin hava hücumu nəticəsində Qəzza şəhərində fəaliyyət göstərən sonuncu xəstəxananın bir hissəsi məhv edilib. “BBC” telekanalı hadisə şahidlərinə istinadən xəbər verir, hava zərbəsi nəticəsində xəstəxananın reanimasiya və cərrahiyyə şöbələri dağıdılıb.

Sosial şəbəkələrdə yayılan videolarda raketlərin düşməsindən sonra iki mərtəbəli binada baş verən yanğın görünür. Görüntülərdə hücum zamanı xəstələrin bir hissəsinin xəstəxanada olduğu görünür.

İsrail Müdafiə Qüvvələrində hədəflərinin “HƏMAS” komanda məntəqəsi olduğunu bildiriblər.

Qəzzanın fövqəladə hallar xidməti xəsarət alanlar barədə məlumat yaymayıb, hərçənd xəstəxana rəhəbrliyinə cavabdeh olan təşkilatın bildirdiyinə görə, baş zədəsi ilə xəstəxanaya gətirilən uşaq hücum zamanı təxliyə edilirkən dünyasını dəyişib.

Oxşar