İsrailin Beyrutda hücumu nəticəsində dörd nəfər həlak olub, ən azı on nəfər yaralanıb
İsrailin Beyrutda hücumu nəticəsində dörd nəfər həlak olub, ən azı on nəfər yaralanıb

İsrailin Beyrutda yerləşən bir mehmanxanaya hücumu nəticəsində dörd nəfər həlak olub, ən azı on nəfər yaralanıb. Bu barədə “BBC” yazır.

İsrail Müdafiə Qüvvələrinin bildiridiyinə görə, onlar Beyrutda İran “İslam İnqilabı Keşikçiləri Korpusu”nun əsas komandirlərinə qarşı hədəfli hücum həyata keçiriblər.

Bəyanatda İran “İslam İnqilabı Keşikçiləri Korpusu”nun “Qüds Qüvvələri”nin üzvlərinin Livan ərazisindən “İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror planları həyata keçirmək” üçün fəaliyyət göstərdiyi deyilib.