İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, 59 nəfər yaralanıb

19:34, 20.09.2024

İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, 59 nəfər yaralanıb. Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayır. Agentliyin məlumatına əsasən, səkkiz yaralının vəziyyəti kritikdir.

İsrailin hərbi təyyarəsi bu gün Beyrutun cənubunda yerləşən yaşayış məhəlləsini bombalayıb.

İsrail mediasının məlumatına əsasən, Beyruta zərbə nəticəsində “Hizbullah”ın elit bölməsinin “Radvan” komandirlərindən biri İbrahim Akil öldürülüb. Ötən il ABŞ Dövlət Departamenti Akil haqqında məlumat verənə 7 milyon dollar mükafat təsis etdi.

Oxşar