İsraildə ölkənin İranla həftələrlə davam edə biləcək qaçılmaz müharibənin yenidən başlamasına hazırlaşdığını bildirirlər
“İsrail İranla həftələrlə davam edə biləcək qaçılmaz müharibənin yenidən başlamasına hazırlaşır, – “The Times of Israel” nəşrinin məlumatına görə, bu barədə İsrailin yüksək vəzifəli rəsmilərindən biri adının açıqlanmaması şərti ilə “Kanal 12”yə bildirib.
“Amerikalılar başa düşürlər ki, İranla danışıqlar heç bir nəticə vermir”, – deyə İsrailin yüksək vəzifəli rəsmilərindən biri bildirib.
“Biz hazırlaşırıq və Trampın yekun qərarını gözləyirik. 24 saat ərzində daha çox məlumatımız olacaq”, – mənbə İsrail mediasına bildirib.