İsrail və İran arasında davam edən hadisələrə görə Gürcüstan hava limanlarından 20-yə yaxın aviareys ləğv edilib
İsrail və İran arasında davam edən hadisələrə görə Gürcüstan hava limanlarından 20-yə yaxın aviareys ləğv edilib.
“TAV Georgia”da bildirirlər ki, uçuşların ləğvi aviaşirkətlərin qərarıdır, hava limanları isə fəaliyyətini davam etdirir.
Onların söylədiyinə görə, hazırki mərhələdə Tbilisidən 15, Batumidən isə dörd aviareys ləğv edilib.
Xüsusilə, Batumidən İsrail və İran istiqamətinə olan reyslər, Tbilisidən isə Tel-Əviv, Əbu Dabi, Şarja, Erbil, Dehli və Dubay istiqamətində olan reyslər ləğv edilib.