İsrail Tehranda yerləşən İranın dövlət televiziyasının binasını bombaladı
İsrail Tehranda yerləşən İranın dövlət televiziyasının binasını bombaladı

İsrail Tehranda yerləşən İranın dövlət televiziyasının binasını bombaladı. Bu barədə məlumatı “CNN” yayır.

Sosial şəbəkədə hücum anını əks etdirən kadrlar yayılır.

İsrailin həyata keçirdiyi hücum yayımı kəsib. Kadrda görünür ki, zərbədən sonra aparıcı studiyanı canlı yayımda tərk etməli olub.

Bununla yanaşı, mediada televiziya binasının necə yandığını göstərən materiallar yayılır.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İranın dövlət televiziyasının binasının yerləşdiyi ərazinin sakinlərini təxliyə etməyə çağırıb.