İsrail Suriyə ərazisində yerləşən hərbi obyektlərə geniş miqyaslı aviazərbələr endirdi

İsrail Suriyə ərazisində yerləşən hərbi obyektlərə geniş miqyaslı aviazərbələr endirdi.

Telavivdə bəyan edirlər ki, avia-hücümun hədəfi “İranın hərbi obyektləri” idi.

Ona qədər isə, raket zərbəsi Qolan dağlıq yerlərində dislokasiya edilən İsrail pozisiyalarına endirilmişdi.

İsrail armiyasının mətbuat katibi bəyan etdi ki, qırıcı təyyarələr avia-hücümu İranın “Al-Kuds” qüvvələrinə aid olan hədəfə etdilər.

“Avia-zərbələrin hədəfi Suriyədə yerləşən İran kəşfiyyat pozisiyaları idi, hansına “Al-Kuds” qüvvələri rəhbərlik edirlər və həmçinin, “Al-Kudsun” qərargah-binası və locistik mərkəzləri, Dəməşq Hava Limanında yerləşən silah anbarları, hərbi gömrüklər və bufer zonasında yerləşən izlənmə obyektləridir” – deyilir İsrail armiyasının bəyanatında.

İsrailin Müdafiyə Nazirliyində bəyan edirlər ki, avia-zərbələr haqqında Rusiyaya daha öncə xəbər verilmişdi.

İsrail armiyası bəyan edir ki, Suriyədə İran pozisiyalarının möhkəmləndirilməsinı izin verilməyəcək.