İsrail Qəzza zolağında 250-dən çox terror hədəfini bombalayıb, "HƏMAS"ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, hücumda ən azı 143 fələstinli həlak olub
İsrail Hərbi Hava Qüvvələri son 48 saat ərzində Qəzza zolağında 250-dən çox terror hədəfini bombalayıb. Qeyd olunan barədə yerli media yazır.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, onların hədəfi minalar və silah anbarları, tunellər və digər terror infrastrukturu olub.
“HƏMAS”ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, son iki gün ərzində İsrailin hücumları nəticəsində Qəzza zolağında azı 143 fələstinli həlak olub.