İsrail ordusunun Qəzza zolağını bombalaması nəticəsində azı 20 nəfər həlak olub
İsrail ordusunun Qəzza zolağını bombalaması nəticəsində azı 20 nəfər həlak olub. Yayılan məlumata görə, qurbanların əksəriyyəti qadınlar və uşaqlardır.
Ərəb mediası yazır ki, İsrail hərbçiləri Əl-Məvasi bölgəsində daha əvvəl “humanitar təhlükəsiz zona” olaraq elan edilmiş çadır düşərgəsini bombalayıb. Ərəb mediası İsrailin hücumlarının Qəzza zolağının bütün bölgələrində, o cümlədən Rəfah və Xan Yunis şəhərlərində həyata keçirildiyini yazır.
Paralel olaraq İsrail hərbi qüvvələri İordan çayının qərb sahilində əməliyyatını davam etdirir. Əməliyyat zamanı Tamun şəhərində yerli kişi həlak olub.