İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda 57 nəfər həlak olub
İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda 57 nəfər həlak olub, – bu barədə “Əl-Cəzirə” məlumat yayır.
Yayılan məlumata əsasən, İsrail hərbçiləri Cəbəlidə tibb müəssisəsinə hücum edbilər, nəticədə azı 22 nəfər həlak olub.
İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, terrorçular Cəbəliyyədəki tibb müəssisəsindən komanda mərkəzi olaraq və hücumların planlaşdırılması üçün istifadə edirdilər.
Ərəb mediasının məlumatına görə, qurbanlar arasında qadınlar və uşaqlar da var.
Yayılan məlumata əsasən, Qəzzanın mərkəzində İsrailin pilotsuz aparatının hücumu nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.