İsrail ordusu tərəfindən bombardman nəticəsində Qəzza sektorunda azı 20 nəfər həyatını itirib
İsrail ordusu tərəfindən həyata keçirilən bombardman nəticəsində Qəzza sektorunda azı 20 nəfər həyatını itirib.
Yayılmış məlumata əsasən, Nuseyrat qaçqın düşərgəsinin bombardman olunması nəticəsində azı on fələstinli həlak olub, on beşi yaralanıb. Fələstinin informasiya vasitələri qurbanlar arasında bir neçə uşaq və qadının olduğunu yazırlar. Həmçinin, İsrailin hərbçiləri Qəzza şəhərinin Zeytun və Şeyx Radvan məhəllələrini bombardman ediblər, 10 nəfər həlak olub.
Paralel olaraq, İsrail mediası “HƏMAS”ın Qəzzada xüsusilə şimal hissədə İsrail ordusunun onun hərbi imkanlarını məhv etməsindən daha sürətlə gücləndiyini yazır. Hesabatda deyilir ki, İsrail aylardır Qəzzanın şimalına daxil olmayıb və Fələstin terror qruplaşması bu vaxtdan yenidən qruplaşmaq və “müharibənin növbəti mərhələsinə” hazırlaşmaq üçün istifadə edir.