İsrail ordusu Qəzza sakinlərini bölgəni tərk etməyə və cənuba doğru hərəkət etməyə çağırır
İsrail ordusu Qəzza sakinlərini bölgəni tərk etməyə və cənuba doğru hərəkət etməyə çağırır

İsrail ordusu Qəzza şəhərinin sakinlərini şəhəri tərk etməyə və cənuba doğru hərəkət etməyə çağırır, səbəb olaraq isə enklavın şəhər zonasındakı fəallaşmanı göstərir, – bu barədə “Reuters” məlumat yayır.

Medianın məlumatına görə, Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinin ələ keçirilməsi əmrindən sonra İsrail qüvvələri şəhərin şimal hissəsində hücumlar həyata keçirir. Hərbçilər əməliyyatı dəstəkləmək üçün on minlərlə ehtiyatda olan hərbçini çağırıb.

Benyamin Netanyahunun bildirdiyinə görə, Qəzza “HƏMAS”ın dayağıdır və onun ələ keçirilməsi “HƏMAS”ın məğlub edilməsi üçün vacibdir.

“Reuters”in yazdığına görə, İsrailin hücumları ərazidə olan yüz minlərlə fələstinliyə təhlükə yaradır.

Medianın məlumatına görə, Qəzza şəhərinin əhalisinin əksəriyyəti müharibənin əvvəlində məcburi köçkün düşmüşdü, lakin sonradan onlar Anklava geri qayıdıblar. Onların bəziləri yenidən köçməkdən imtina edir.