İsrail ordusu daha bir "HƏMAS" liderinin öldürüldüyünü bildirir
İsrail ordusu daha bir "HƏMAS" liderinin öldürüldüyünü bildirir

İsrail ordusu daha bir “HƏMAS” liderinin öldürüldüyünü bildirir. İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, Ölkənin cənub bölgələrində hücumlara rəhbərlik edən Nuxba adı ilə tanınan bölmənin komandiri Bilal əl-Qedra məhv edilib.

İsrail Müdafiə Qüvvələri gecə saatlarında Qəzza sektoruna endirilən hava zərbələri nəticəsində “HƏMAS” və İslami Cihadın daha bir neçə terrorçusunun öldürüldüyünü açıqlayıb.

İsrail ordusu gecə ərzində Qəzza sektoruna “HƏMAS”ın komanda mərkəzləri, hərbi bazaları, onlarla reaktiv yaylım atəşi sistemi, tank əleyhinə raket qurğuları və müşahidə məntəqələri də daxil olmaqla 100-dən çox hədəfi bombalayıb.