İsrail Müdafiə Qüvvələrinin sözçüsü - İran İsrail istiqamətində 100-ə yaxın dron göndərib, çətin saatlar bizi gözləyir, dözüm və səbir göstərməliyik
İran İsrail istiqamətində 100-ə yaxın dron göndərib, – bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin bildirib.
Onun dediyinə görə, dronların qarşısını almaq üçün İsrailin hava hücumundan müdafiə sistemi işə salınıb.
“Hava hücumundan müdafiənin bütün sistemləri təhlükələrin qarşısını almaq üçün işləyir. Bu, indiyə qədər yaşadıqlarımızdan fərqli bir hadisədir, bizi çətin saatlar gözləyir. Biz dözüm və səbir göstərməliyik”, – Efi Defrin bildirib.