İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi - 70-dən çox döyüş təyyarəsi Tehranda 40-dan çox hədəfə zərbə endirməyə nail olub, Tehrana gədər yol açıqdır
İsrail İrana qarşı ölkənin nüvə proqramını dayandırmaq məqsədi ilə ən genişmiqyaslı hava əməliyyatını həyata keçirib, – bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Effi Defrin bildirib.
“70-dən çox döyüş təyyarəsi iki saat yarım ərzində Tehran üzərində uça bilib və 40-dan çox hədəfi vura bilib. Tehrana gədər yol açıqdır”, – Defrin bildirib.
İsrail ordusu İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyini bildirib. Defrinin sözlərinə görə, bu, İsrail Hərbi Hava Qüvvələrinin indiyədək əməliyyat keçirdiyi İranın ən dərin ərazisidir.
“Biz hava üstünlüyü yaratdıq ki, bu da bizə hərəkət etməyə və İsrail dövlətinə qarşı yönəlmiş təhlükələrin qarşısını almağa imkan verəcək”, – Defrin bildirib.