İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livanda yeni zərbə dalğasına başlayıblar, Livan Səhiyyə Nazirliyi isə hərbi əməliyyatların başlamasından bəri ölkədə 687 nəfərin həlak olduğunu bildirir
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livanda yeni zərbə dalğasına başlayıblar, Livan Səhiyyə Nazirliyi isə hərbi əməliyyatların başlamasından bəri ölkədə 687 nəfərin həlak olduğunu bildirir

İsrail Müdafiə Qüvvələri Livanda yeni bir zərbə dalğası başlatdıqlarını bildirirlər.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Aviçay Adraee bildirib ki, Zahran çayının cənubunda yaşayan bütün sakinlər dərhal evlərini tərk edib şimala köçməlidirlər.

Onlar dediyinə görə, İsrailin hədəfi “Hizbullah” qruplaşmasının obyektləridir.

Bununla yanaşı, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatların başlamasından bu günə gədər ölkədə həlak olanların sayı 687-yə çatıb.

Onların məlumatına görə, həlak olanlar arasında 98 uşaq və 62 qadın var. Rəsmi şəxslərin dediyinə görə, eyni dövrdə 304 uşaq və 328 qadın da daxil olmaqla 1774 nəfər xəsarət alıb.