İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail müharibənin növbəti mərhələsi çərçivəsində İranın neft obyektlərini bombalayıb
İsrail müharibənin növbəti mərhələsində İranın neft obyektlərini bombalayıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayır.
Mediada partlayış və güclü tüstünün göründüyü kadrlar yayılır.
İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunur ki, bu obyektlərdən İranın hərbi strukturlarına yanacaq tədarük edilirdi.
Bəyanatda həmçinin deyilib ki, bu, İranın hərbi infrastrukturuna daha da ziyan vurmaq üçün əlavə bir addım olan “əhəmiyyətli bir zərbə”dir.