İsrail Müdafiə Qüvvələri "İran İnqilab Keşikçiləri Korpusu"nun qərargahına zərbələr endirdiyini bildirir
İsrail Müdafiə Qüvvələri Tehrana yeni bir zərbə dalğasında “İran İnqilab Keşikçiləri Korpusu”nun əsas qərargahını vurduqlarını bildirirlər.
İsrail hərbçilərinin izahatına görə, qərargah “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun bölmələrinin fəaliyyətini koordinasiya etmək və vəziyyəti qiymətləndirmək üçün istifadə olunurdu. O, həmçinin “Bəsic” batalyonlarına rəhbərlik edirdi.
“Zərbədən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün müəyyən tədbirlər görülüb, o cümlədən yüksək dəqiqlikli döyüş vasitələrindən, hava müşahidəsindən və əlavə kəşfiyyat məlumatlarından istifadə olunub”, – İsrail müdafiə qüvvələrində qeyd ediblər.a