İsrail Müdafiə Qüvvələri bildirirlər ki, Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrail Müdafiə Qüvvələri Qəzzada atəşkəs razılaşmasının qüvvəyə mindiyini bildirib.
Onların məlumatına görə, yerli vaxtla saat 12:00-dan etibarən qoşunlar “yenilənmiş yerləşmə xətləri üzrə mövqelərin tutulmasına başlayıblar”.
“İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının qoşunları bölgəyə yerləşdirilib və istənilən təhlükəni aradan qaldırmağa davam edəcək”, – İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunub.
Məlumat üçün bildirək ki, İsrail hökuməti bundan əvvəl Qəzzada atəşkəs və girovların azad edilməsi planını təsdiqlədi. “HƏMAS” bütün israilli girovları azad edəcək. İsrail hökumətinin məlumatına görə, bu, bazar və ya bazar ertəsi baş verə bilər.