İsrail Müdafiə Qüvvələri bildirir ki, İsrail və Livan arasında atəşkəsin başlamasından əvvəl 24 saat ərzində “Hizbullah” qruplaşmasının 150-dən çox üzvünü məhv edib
İsrail Müdafiə Qüvvələri bildirir ki, İsrail və Livan arasında atəşkəsin başlamasından əvvəl 24 saat ərzində “Hizbullah” qruplaşmasının 150-dən çox üzvünü məhv edib.
İsrail Müdafiə Qüvvələri bildirir ki, Livanın bir neçə bölgəsində, o cümlədən “Hizbullah”ın komandanlıq mərkəzləri və silah anbarlarında təxminən 300 hərbi hədəfə zərbə endirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, onlar qruplaşmanın bir neçə komandirini qətlə yetiriblər.
Onların sözlərinə görə, müdafiə qüvvələri İsrailin mülki vətəndaşları və əsgərləri üçün hər hansı təhlükənin zərərsizləşdirilməsini davam etdirəcək.