İsrail Müdafiə Qüvvələri-Livandan İsrail istiqamətində raket atılıb
İsrail Müdafiə Qüvvələri-Livandan İsrail istiqamətində raket atılıb

Livandan İsrail istiqamətində raket atılıb. “BBC” İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, hədəf İsrail Silahlı Qüvvələrinin sərhəddəki postu olub.

Ərəb əl-Aramşe yaşayış məntəqəsi yaxınlığında tank əleyhinə raket düşüb.

Oktyabrın 7-də “HƏMAS” döyüşçülərinin cənubdan İsrailə hücumundan sonra bu, “Hizbullah”ın ilk dəfə raket atması halı deyil.