İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İran ərazisində hücumlar davam edir, zərbələrin əsas hədəfi nüvə və hərbi obyektlər, həmçinin, ballistik raket buraxılış məntəqələridir
İsrail Müdafiə Qüvvələri İran ərazisinə hücumların davam etdiyini bildirir.
Bəyanatda qeyd edildiyi kimi, İsrail Müdafiə Qüvvələrinin növbəti addımı “Tehran üzərində sərbəst fəaliyyət göstərməkdir”.
İsrail Müdafiə Qüvvələri bəyan edib ki, zərbələrin hədəfi İranın nüvə obyektləri, hərbi obyektləri və ballistik raket buraxılış məntəqələri, həmçinin hərbi yüksək rütbəli şəxslər və nüvə alimlərini hədəf alacaq.
Bununla yanaşı, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İran 13 iyun gecə saatlarından etibarən indiyədək İsrail istiqamətində təxminən 200 ballistik raket atıb. Raket qalıqlarının yerə düşməsi nəticəsində İsrailin üç vətəndaşı həlak olub, təxminən 70 nəfər yaralanıb.