İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, Livandan İsrail istiqamətinə 165 raket atılıb və onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib

20:41, 23.09.2024

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, son bir saat ərzində Livandan İsrail istiqamətində 165 raket buraxılıb.

Onların məlumatına görə, əksəriyyəti İsrailin hava hücumundan müdafiəsi ilə dəf edilib, bəziləri isə açıq məkana düşüb. Hücumlar nəticəsində yaralananlar barədə məlumat yayılmayıb.

Paralel olaraq, Livanın səhiyyə nazirinin söylədyinə görə, İsrailin həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı 21-i uşaq olmaqla 274-ə yüksəlib. Ən azı 1024 nəfər xəsarət alıb.

Oxşar