İsrail mediyasının məlumatına görə, İsrail Livandan çıxmağı fevralın 18-də planlaşdırır

18:31, 17.02.2025

İsrail Livandan çıxmağı  fevralın 18-də planlaşdırır. Bu barədə İsrail mediası ölkənin hökumət nümayəndəsinə istinadən məlumat yayır.

Eyni zamanda, İsrailin strateji işlər naziri Ron Dermer daha əvvəl qeyd edib ki, “İsrail Müdafiə Qüvvələri” Livanın cənubundakı beş strateji məntəqədə qalacaq.

Livanın “Hizbullah” qruplaşması ilə davam edən atəşkəs İsrail qoşunlarının çıxarılmasının fevralın 18-dək başa çatdırılmasını nəzərdə tutur. Livanın cənubunda yalnız Livan Ordusu qalmalı və “Hizbullah” bölmələri bu ərazidən geri çəkilməlidir.

Oxşar