İsrail mediasının məlumatına görə, İsrailin Beyt Şemeş şəhərində İranın ballistik raketinin düşməsi nəticəsində səkkiz nəfər həlak olub, 28 nəfər yaralanıb
İsrail mediasının məlumatına görə, İsrailin Beyt Şemeş şəhərində İranın ballistik raketinin düşməsi nəticəsində səkkiz nəfər həlak olub, 28 nəfər yaralanıb

İsrailin Beyt Şemeş şəhərində İranın ballistik raketinin düşməsi nəticəsində səkkiz nəfər həlak olub. Bu barədə “Times of Israel” qəzeti məlumat yayır.

Medianın məlumatına görə, raket yaşayış məntəqəsinə düşüb və ictimai sığınacağa və yaxınlıqda yerləşən evlərə ciddi ziyan vurub.

Yayılmış məlumata əsasən, 28 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.