İsrail mediası - İsrail polisi iki yüksək rütbəli katolik din xadiminin Qüdsdə, Dirilmə Məbədində Palma bazarı ayinində iştirakına mane olub
İsrail mediası - İsrail polisi iki yüksək rütbəli katolik din xadiminin Qüdsdə, Dirilmə Məbədində Palma bazarı ayinində iştirakına mane olub

İsrail polisi Qüdsün Latın patriarxı, kardinal Pierbattista Pizzaballa və Müqəddəs Torpağın mühafizi, ata Françesko Yelponun Qüdsdə, Dirilmə Məbədində Palma bazarı ayinində iştirakına mane olub, – bu barədə “Times of Israel” məlmumat yayır.

Yayılan məlumata görə, regionda iki yüksək rütbəli katolik din xadimi kilsəyə şəxsi qaydada, yürüş olmadan üz tuturdu.

“Bu hadisə ağır bir presedent yaradır və bu həftə Qüdsə gedən milyardlarla insanın hisslərini nəzərə almır”, – Katolik təşkilatları bildirirlər.

Patriarxlıq “tam məsuliyyətlə hərəkət etdiyini və müharibənin əvvəlindən bəri tətbiq edilən bütün məhdudiyyətlərə riayət etdiyini” bildirir.

“Düzgün olmayan mülahizələr səbəbindən ləngidilmiş bu tələsik və səif qərar, ağlabatanlıq, ibadət azadlığı və status-kvoya hörmət kimi əsas prinsiplərdən kəskin şəkildə uzaqlaşmanı təmsil edir”, – Katoliklər bildirirlər ki, Müqəddəs Torpaqda və bütün dünyada xristian möminlər dərin kədər hissi keçirirlər, çünki xristian təqviminin ən müqəddəs günlərindən birində duanın bu cür qarşısı alınıb.