İsrail mediası - İsrail illər ərzində, İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlaşırdı və bu çərçivədə İrana dəqiq hədəfə yönəldilmiş silah sistemləri daxil edib
İsrailin kəşfiyyat xidməti “Mossad” İranda pilotsuz uçuş aparatlarının bazasını yaradıb, bu aparat İsrailə yönəlmiş yer-yer tipli raketlərin buraxılma obyektlərinə zərbə endirmək üçün gecə saatlarında fəallaşıb. Bu barədə İsrail mediası məlumat yayır.
Medianın məlumatına əsasən, İsrail illərini İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlığa sərf edib və bu çərçivədə İrana dəqiq hədəfə yönəldilmiş silah sistemləri daxil edib.
Yayılan məlumata əsasən, “Mossad” agentləri pilotsuz uçuş aparatlarının bazasını Tehranın yaxınlığında qurublar. Bundan başqa, İrana silah sistemlərini daşıyan avtomobillər də qaçaqmalçılıq yolu ilə gətirilib. Bu sistemlər İranın hava müdafiəsini məhv etdi və İsrail təyyarələrinə havada üstünlük və İrana qarşı hərəkət azadlığı verdi.
Medianın yazdığına görə, üçüncü gizli cəhd “Mossad” komandoları tərəfindən Mərkəzi İranda, hava hücumundan müdafiə obyektlərinin yaxınlığında yüksək dəqiqlikli raketlərin yerləşdirilməsi olub.