İsrail mediası - İranın Təl-Əvivə raket hücumu nəticəsində 40-a qədər binaya ziyan dəyib
İsrail mediası - İranın Təl-Əvivə raket hücumu nəticəsində 40-a qədər binaya ziyan dəyib

Tel-Avivdə İranın raket hücumu nəticəsində 40 bina müxtəlif dərəcədə zədələnib. Bu barədə İsrail mediası şəhər bələdiyyəsinə istinadən məlumat yayır.

İsrail mediasının məlumatına görə, 200-dən çox sakin evlərindən üç mehmanxanaya təxliyə edilib.

İsrail hərbçilərinin məlumatına görə, Tel-Avivdə bir bina raket hücumu nəticəsində zədələnib, Ramat-Qan şəhərində yerləşən binaya isə kaset bombası düşüb.