İsrail mediası - İrana ABŞ və İsrailin birgə hücumunun "ilkin mərhələsi" dörd gün ərzində davam edəcək
İsrail mediası - İrana ABŞ və İsrailin birgə hücumunun "ilkin mərhələsi" dörd gün ərzində davam edəcək

İsrail mənbələri İrana qarşı birgə hücumun “ilkin mərhələsi”nin dörd gün ərzində davam edəcəyini bildirirlər. Bu barədə İsrail mediası məlumat yayır.

Yayılan məlumata görə, əməliyyat birgə şəkildə aylar ərzində planlaşdırılırdı.

Əvvəlcə İranın paytaxtı Tehranda bir neçə partlayış baş verib. Daha sonra İsfahan, Qum, Kərəc və Kermanşahda bombalamaların başladığı barədə məlumat yayılıb.

„CNN“in məlumatına görə, ABŞ-ın rəsmi şəxsi ABŞ zərbələrinin hazırda hərbi hədəflərə yönəldiyini bildirib, lakin davam edən əməliyyat barədə ətraflı məlumat verməkdən təmkinli davranıb.

Daha bir ABŞ-ın rəsmi şəxsi bildirib ki, zərbələrin məqsədi İranın hərbi təhdidini neytrallaşdırmaq və ABŞ qüvvələrini qorumaqdır.