İsrail mediası – ABŞ-da İranın növbəti 24-48 saat ərzində İsrailə hücum edəcəyini hesab edirlər

10:28, 05.08.2024

 
ABŞ-da İranın növbəti 24-48 saat ərzində İsrailə hücum edəcəyini hesab edirlər – bu haqda “Times of Israel” mənbəyə istinadən yazır.

Nəşrin məlumatına əsasən, ABŞ-ın dövlət katibi Entoni Blinken bu haqda “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirlərinə telefon danışığında deyib.

“Times of Israel” yazır ki, dövlət katibi həmkarları ilə ABŞ-ın səyləri fonunda, gərginliyi azaltmaq və genişmiqyaslı müharibəni aradan qaldırmaq məqsədilə danışıb. Həmçinin, məlum olur ki, Blinken həmkarlarına regional müharibəni aradan qaldırmaq məqsədilə hücumu məhdudlaşdırmaq üçün İrana təzyiq edilməsinin ən yaxşı yol olduğunu deyib.

Oxşar