İsrail Livan sakinlərini „Hizbullah“ın nəzarətində olan ərazilər də daxil olmaqla, Beyrutun cənub ətraflarını tərk etməyə çağırır
İsrail Livan sakinlərini „Hizbullah“ın nəzarətində olan ərazilər də daxil olmaqla, Beyrutun cənub ətraflarını tərk etməyə çağırır

İsrail Livanın paytaxtı Beyrutun sakinlərini „Hizbullah“ qruplaşmasının nəzarətində olan ərazilər də daxil olmaqla, şəhərin cənub ətraflarını tərk etmələri barədə xəbərdar edir.

Bununla yanaşı, İsrailin hərbi nümayəndəsi Aviçai Adrai şəhərin cənub ətraflarının sakinlərini dərhal şərqə və şimala doğru hərəkət etməyə çağırdı. Onun dediyinə görə, İsrail qeyd olunan ərazilərdə „Hizbullah“ qruplaşmasının hədəflərini bombalamağı planlaşdırır.

“Həyatınızı xilas edin, dərhal evlərinizi tərk edin”, -İsrailin hərbi nümayəndəsi Aviçay Adrai X platformasında yazıb və qeyd edib ki, cənuba doğru hər hansı hərəkət onların həyatına təhlükə yarada bilər.

Bununla yanaşı, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livana həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 102-yə çatıb. Həmçinin onların məlumatına görə, hücumlar başlayandan bəri ən azı 638 nəfərin müxtəlif bədən xəsarətləri alıb.