İsrail xarici işlər naziri - İran rejimi öz xalqını öldürür və digər ölkələrə qarşı nə gözləməliyik? Onlara heç vaxt nüvə silahına sahib olmaq imkanı verilməməlidir
Hazırkı İran rejimi öz xalqını öldürür, digər ölkələrə qarşı nə gözləməliyik? Onlara heç vaxt nüvə silahına sahib olmaq imkanı verilməməlidir, – bu barədə İsrailin xarici işlər naziri Qideon Saar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra bildirib.
İsrailin xarici işlər qurumunun rəhbərinin sözlərinə görə, 2023-cü il 7 oktyabrdan etibarən İran tərəfindən İsrailin müstəqilliyinə qarşı müəyyən təsirlər olub.
İsrailin xarici işlər nazirinin sözlərinə görə, ABŞ prezidenti İrana qarşı müəyyən tədbirlərin vacibliyi barədə bəyan edib.
Qideon Saar həmçinin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi barədə danışıb və sülhün regionda rifaha səbəb olacağını qeyd edib.