İsrail Cənubi Livanın bir neçə yaşayış məntəqəsinə hava zərbələri endirib, azı beş nəfər həlak olub

11:29, 20.06.2026

İsrail Cənubi Livanın bir neçə yaşayış məntəqəsinə hava zərbələri endirib, nəticədə azı beş nəfər həlak olub. Bu barədə “CNN” Livanın dövlət xəbər agentliyinə istinadən xəbər verir.

Medianın məlumatına görə, Nəbatiyə rayonunda həm hava zərbələri, həm də artilleriya atəşi qeydə alınıb, nəticədə yaşayış evləri və binalar dağılıb.

Medianın məlumatına görə, yerli vaxtla təxminən saat 06:30-da İsrail Ərəb Salim şəhərinə zərbə endirib, nəticədə üç nəfər həlak olub. Həmçinin Deyr əl-Zəhrani şəhərinə endirilən zərbə nəticəsində bir nəfər həlak olub. Yerli vaxtla saat 07:30-da Əl-Dveyr şəhərində dron hücumu nəticəsində daha bir nəfər həyatını itirib.

“CNN” mənbəsinin məlumatına görə, İsrail və “Hizbullah” arasında yenilənmiş atəşkəs razılaşması cümə günü yerli vaxtla saat 16:00-da qüvvəyə minməli idi.

Oxşar