İsrail İranın nüvə hədəflərinə zərbə endirdiyini bildirir, Tehran isə yaşayış binalarının bombalanması və bir neçə nəfərin həlak olması barədə məlumat verir
İsrail, İranın nüvə hədəflərinə zərbə endirdiyini bildirir. İsrailin müdafiə naziri İsrarl Katstın söylədiyinə görə, İsrail İrana qarşı hücuma başlayıb və ölkədə “xüsusi fövqəladə vəziyyət” elan edilib.
İsrailin Müdafiə Qüvvələri “İranın nüvə proqramı və digər hərbi hədəflərə” qarşı bir neçə zərbə həyata keçirdiyini bildirib.
“Bu gün İran nüvə silahına əvvəlkindən daha yaxındır. İran rejiminin əlində kütləvi məhvedici silah İsrail dövləti üçün mövcudluq təhlükəsi, dünya üçün isə ciddi təhlükədir,” – deyə bəyanatda qeyd olunub.
İsrail Müdafiə Qüvvələri “lazım olduqda əməliyyatları davam etdirməyə hazır olduqlarını” deyirlər.
İran dövlət mediasının məlumatına görə, Tehranın əsas beynəlxalq hava limanında bütün reislər dayandırılıb.
İran dövlət mediasının məlumatına görə, İsrailin İran paytaxtında yaşayış binalarını bombalaması nəticəsində bir neçə nəfər həlak olub.