İsrail İrandan gecə ərzində beş raket hücumu dalğasını dəf etdiyini bildirir
İsrail İrandan gecə ərzində beş raket hücumu dalğasını dəf etdiyini bildirir. “The Times of Israel” qəzetinin məlumatına görə, İrandan atılan bütün raketlər məhv edilib və heç kim xəsarət almayıb.
Gecə ərzində Tel-Əviv və Qüdsdə hava həyəcanı siqnalı elan edilib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livan ərazisindən raket hücumları davam edir.
Onların məlumatına görə, “Hizbullah” qruplaşmasının hücumu səbəbindən İsrailin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı siqnalı bir neçə dəfə işə düşüb.
“Times of Israel” qəzetinin məlumatına görə, Livandan Tel-Əviv istiqamətində uzaq mənzilli raket atılıb və bu da hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.