İsrail hərbçiləri Cənubi Livanda Bofort qalasını ələ keçiriblər
İsrail hərbçiləri Cənubi Livanda Bofort qalasını ələ keçiriblər

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən, 900 illik tarixə malik Bofort qalasını və onun ətrafındakı strateji silsiləni ələ keçiriblər.

Bəyanat “Hizbullah”ın Şimali İsrail istiqamətinə ən irimiqyaslı raket hücumlarından birini reallaşdırmasından sonra yayılıb. Hücumlar səbəbindən bir neçə rayonda məktəblər bağlanıb və əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub.

İsrail hərbçilərinin məlumatına görə, əməliyyatın məqsədi Bofort silsiləsi və Vadi əl-Saluki rayonuna nəzarəti bərqərar etmək, həmçinin “Hizbullah”ın hərbi infrastrukturunu və imkanlarını zəiflətmək olub.

Əməliyyat zamanı bir İsrail hərbçisi həlak olub.

İsrailin bəyanatına görə, “Hizbullah” Bofort silsiləsindən çox sayda hücumlar həyata keçirirdi. Hərbçilərin sözlərinə görə, bu ərazidən İsrail şəhərləri və hərbi mövqeləri istiqamətində yüzlərlə raket və digər mərmilər atılmışdı.