İsrail hərbi qüvvələri “HƏMAS” və “İslami Cihad” qruplaşmalarının hərbi qanadının iki döyüşçüsünün məhv edildiyini bildirirlər

12:45, 21.06.2026

İsrail hərbi qüvvələri “HƏMAS” və “İslami Cihad” qruplaşmalarının hərbi qanadının iki döyüşçüsünün məhv edildiyini bildirirlər. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Medianın məlumatına görə, Hüseyn Qadra və Məhəmməd Fara irimiqyaslı maliyyələşdirmə şəbəkəsi ilə əlaqəli olublar.

“Reuters” agentliyi İsrail hərbi qüvvələrinə istinadən yazır ki, şəbəkəyə Məhəmməd Fara ilə birlikdə rəhbərlik edən Hüseyn Qadra “HƏMAS” rəhbərliyinin göstərişi ilə hərəkət edirdi və “HƏMAS” üçün 500 milyon şekeldən çox vəsaitin köçürülməsini təmin edirdi.

Oxşar