İsrailin hərbi aviasiyası Beyrutu bombalayıb

18:16, 20.09.2024

İsrailin hərbi aviasiyası Livanın paytaxtı Beyrutu bombalayıb.

İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, Beyrutun “Hizbullah”ın əsas dayağından biri olan Dahiyə məhəlləsi bombalanıb.

Onların məlumatlarına əsasən, bu, məqsədyönlü hücum olub, hədəfi isə “Hizbullah” üzvlərindən biri olub.

Yerli media İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli təyyarəsinin Beyruta iki raket atdığını yazır.

İsrailin şimalında mövcud təhlükəsizlik vəziyyəti fonunda İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfərini bir günlüyünə, dörd günə gədər azaldıb.

Oxşar