İsrail qüvvələrinin hücumu nəticəsində Beyrutda “Hizbullah”ın Hərbi Hava Qüvvələrinin komandanı öldürülüb
İsrail aviasiyası tərəfindən Livanın paytaxtı Beyrutun bombalanması nəticəsində “Hizbullah”ın Hərbi Hava Qüvvələrinin komandanı Mohamed Saruri öldürülüb.
İsrailin Müdafiə Qüvvələrinin bəyanatına əsasən, Saruri minalanmış pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, İsrailə qarşı çoxsaylı hava hücumlarına rəhbərlik və komandanlıq edib.
İsraildə bildirirlər ki, Mohamed Saruri “Hizbullah”ın pilotsuz təyyarələrinin istehsalına rəhbərlik edirdi və Livanda qruplaşmanın pilotsuz uçuş aparatları istehsal etməli olduğu yerlər yaradıb, bəziləri Beyrutdakı mülki binaların altında olub.
Saruri 1980-ci illərdə “Hizbullah”a qoşulub və müxtəlif vəzifələrdə, o cümlədən qruplaşmanın hava hücumundan müdafiəsində, Radvan qüvvələrində Azizinin bölməsində çalışıb və “Hizbullah”ın Yəməndə attaşesi olub və burada “Husi”lərin hava qüvvələrinə qoşulub.
Livanın İctimai Sağlamlıq Təxirəsalınmaz Əməliyyatlar Mərkəzinin məlumatına əsasən, Beyrutun cənub rayonlarının bombalanması nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.