İsrail bütün dünyada diplomatik missiyaları bağlayır
İsrail bütün dünyada diplomatik missiyaları bağlayır

İsrail bütün dünyada diplomatik missiyaları bağlayır. Bu barədə İsrailin müxtəlif ölkələrdəki səfirlikləri məlumat yayır.

İsrailin İsveçdəki səfirliyinin bildirdiyi kimi, konsulluq xidmətləri artıq göstərilməyəcək və bağlanma səbəbi son vaxtlar baş verən hadisələrdir. Bəyanatda konsulluq xidmətinin hansı müddətə dayandırıldığı qeyd olunmayıb.

Bir az əvvəl məlum oldu ki, İsrail Berlindəki səfirliyini də bağlayıb.

Bununla yanaşı, İsrailin Gürcüstandakı səfirliyi son hadisələrlə əlaqədar səfirliyin bağlandığı və konsulluq xidmətlərinin göstərilməyəcəyi barədə məlumat yayıb.