İsrail bildirir ki, Qəzzaya endirilən zərbə nəticəsində "HƏMAS"ın komandirlərindən biri zərərsizləşdirilib
İsrail bildirir ki, Qəzzaya endirilən zərbə nəticəsində "HƏMAS"ın komandirlərindən biri zərərsizləşdirilib

İsrail bildirir ki, Qəzzaya həyata keçirilən zərbə nəticəsində “HƏMAS” qruplaşmasının komandirlərindən biri, Bahaa Barudi zərərsizləşdirilib.

Onların məlumatına görə, hücum dünən Qəzzada baş verib, Bahaa Barudinin zərərsizləşdirilməsi isə qısa müddət əvvəl təsdiqlənib.

Bununla yanaşı, İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, Barudi “HƏMAS” terror təşkilatının adından İsrail Müdafiə Qüvvələrinə və İsrailin dinc sakinlərinə qarşı çoxsaylı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərirdi.

Barudi İsrail Müdafiə Qüvvələrinin qoşunları üçün birbaşa təhlükə yaradırdı və o, dəqiq hava zərbəsi nəticəsində məhv edildi”, – bəyanatda deyilib.

Dünən İsrail Müdafiə Qüvvələri həmçinin təsdiqləyib ki, “HƏMAS”ın hərbi qanadının komandiri İzz əd-Din əl-Həddad Qəzzaya endirilən hava zərbəsi nəticəsində zərərsizləşdirilib.