İsrail Baş Nazirinin Ofisi - Benyamin Netanyahu 11 fevralda Vaşinqtonda Donald Trampla görüşəcək, əsas mövzu İranla davam edən danışıqlar olacaq
İsrail Baş Nazirinin Ofisi - Benyamin Netanyahu 11 fevralda Vaşinqtonda Donald Trampla görüşəcək, əsas mövzu İranla davam edən danışıqlar olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu 11 fevralda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüşün əsas mövzusu İranla davam edən danışıqlar olacaq. Bu barədə Netanyahunun ofisi bildirir.

“Baş nazir hesab edir ki, hər hansı bir danışıqlar ballistik raketlərin məhdudlaşdırılmasını və İran oxunun dəstəyinin dayandırılmasını əhatə etməlidir”, – deyə Benyamin Netanyahunun ofisinin bəyanatında qeyd olunub.

Məlumat üçün bildirək ki, 6 fevralda iranlı və amerikalı nümayəndələr Omanın paytaxtı Maskatda nüvə proqramı ilə bağlı danışıqlar keçiriblər. Danışıqlar dolayı şəkildə olub və Omanın vasitəçiliyi ilə keçirilib. “Wall Street Journal” qəzetinin yazdığına görə, İranın xarici işlər naziri Abbas Əraqçi görüşdə amerikalı həmkarlarına Tehranın öz ərazisində uran zənginləşdirilməsinin dayandırılmasına razı olmayacağını bildirib.

Benyamin Netanyahu ilə Donald Tramp arasında planlaşdırılan görüş Trampın 2025-ci ilin yanvarında vəzifəyə qayıtmasından bu yana yeddinci görüş olacaq.