İsrael Katz - İranlı diktator ölkə vətəndaşlarını girova çevirir, elə bir reallıq yaradır ki, bu reallıqda onlar böyük bir bədəl ödəyəcəklər, əgər Xamenei İsrail istiqamətində raket atışlarını davam etdirərsə, Tehran yanacaq
İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideri Ayətullah Əli Xameneini xəbərdar edir ki, ölkə İsrail istiqamətində raket atışlarını davam etdirərsə, Tehran yanacaq.
Onun söylədiyinə görə, İran diktatoru öz vətəndaşlarını girova çevirir.
“İranlı diktator ölkə vətəndaşlarını girova çevirir və elə bir reallıq yaradır ki, onlar, xüsusilə Tehran sakinləri, İsrailin dinc əhalisinə hücumun ağır bədəlini ödəyəcəklər. Əgər Xamenei İsrail istiqamətində raket atışlarını davam etdirərsə, Tehran yanacaq”, – İsrael Katz bildirib.