İsrael Kats - Tehrandan təhlükə gəlsə, İsrail yenidən İranı vuracaq
İsrael Kats - Tehrandan təhlükə gəlsə, İsrail yenidən İranı vuracaq

Tehrandan təhlükə gəlsə, İsrail İranı yenidən vuracaq”, – bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

“İsrailin uzun qolu Tehranda, Təbrizdə, İsfahanda və İsraili qorxutmağa və ya zərər verməyə çalışdığınız hər yerdən sizə çatacaq. Bizdən gizlənəcək yer yoxdur. Geri qayıtmalı olsaq, bunu daha böyük güclə edəcəyik”, – İsrailin müdafiə naziri bildirib.

Xatırladaq ki, iyun ayında İsrail İranla 12 günlük hava müharibəsi aparmışdı. Hücumlardan sonra hər iki tərəf ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlib.