İsrael Kats – İsrail hərbçiləri Livan ərazisində qalacaqlar
İsrail hərbçiləri Livan ərazisində qalacaqlar, – bu barədə İsrailin müdafiə naziri bildirib. İsrael Katsın bildirdiyinə görə, İsrail əsgərlərinin Livandakı təhdidləri aradan qaldırmaq üçün hərəkətə keçməsinə dair heç bir məhdudiyyəti yoxdur.
Onun sözlərinə görə, hərbçilər Livanda İsrailin “təhlükəsizlik zonası” adlandırdığı ərazidə qalacaqlar.
İranda isə bildirirlər ki, İsrail tərəfindən Livana hücumlar dayandırılmayana qədər Hörmüz boğazı bağlı olacaq.
“Sky News”un Livan mediasına istinadən yazdığına görə, İsrail və “Hizbullah” arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir gün sonra, İsrailin zərbələri nəticəsində Livanda azı 20 nəfər həlak olub.