İsrael Kats - Amerikalı pilotun xilas edilməsi İsrailin Vaşinqtonla sıx əməkdaşlığını vurğulayır
İsrael Kats - Amerikalı pilotun xilas edilməsi İsrailin Vaşinqtonla sıx əməkdaşlığını vurğulayır

Amerikalı pilotun xilas edilməsi İsrailin Vaşinqtonla sıx əməkdaşlığını vurğulayır, – bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

İsrael Katz İranda ABŞ-ın xilasedici əməliyyatını tərifləyib.

Onun dediyinə görə, uğurlu xilasetmə əməliyyatı “ən çətin anlarda belə İsrail və ABŞ arasında sıx əməkdaşlığın daha bir nümayişi” olub.

“Ekipajın təhlükəsiz şəkildə xilas edilməsi üçün amerikalı tərəfdaşlarımızı qiymətləndirirəm”, – Katz bildirib.

“CNN”in yazdığına görə, İsrail xilasetmə əməliyyatı zamanı İranın müəyyən ərazilərində hücumları dayandırıb. Bununla yanaşı, mənbələrin məlumatına görə, İsrail axtarış-xilasetmə əməliyyatlarında ABŞ-a kəşfiyyat dəstəyi də təklif edib.