İspaniyanın şərqində qatar alovun cənginə düşüb, 10 nəfər xəsarət alıb
İspaniyanın şərqində qatar alovun cənginə düşüb, nəticədə 3-ü ağır vəziyyətdə olmaqla 10 nəfər xəsarət alıb.
Valensiyadan Saraqosa istiqamətində hərəkət edən qatar Bejis qəsəbəsindən keçərkən güclü külək səbəbindən alov çənbərinə düşüb.
Medianın yaydığı məlumatda, panikaya düşən sərnişinlərdən bəzilərinin sürücünün çağırışına baxmayaraq qatarı tərk etdiyi deyilir. Sürücü sonuncu vaqona keçərək geriyə hərəkət etməklə qatarı alovların arasından çıxara bilib. Hadisə zamanı qatarda 48 nəfər səyahət edirmiş.